İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dostoyevski və Qoqolun əsərləri də daxil olmaqla, xüsusi Avropa kolleksiyasından 120-dən çox nadir nəşr “Rus ədəbiyyatının qızıl əsri” ticarətində satışa çıxarılıb.
Hərrac evindən verilən məlumata görə, ümumi gəlir 2,2 milyon funt sterlinq təşkil edib:
“1825-1827-ci illərdə Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri Sankt-Peterburqda çap olunub.
Yevgeni Onegin”in nəşrləri əsl nadir tapıntıdır. Romanın ilk hissəsinin nəşri orijinal üzlükdə buraxılıb”.
1831-ci ildə nəşr olunan Nikolay Qoqolun “Dikanka yaxınlığındakı xutorda axşamlar” adlı əsərinin ilk nəşri isə 175 min funt-sterlinqə satılıb.
İnterpress.az