“Sizin üçün öz sərvətimdən keçirəm, hətta maaş belə almıram” – Trampbackend

“Sizin üçün öz sərvətimdən keçirəm, hətta maaş belə almıram” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ prezidentinin Vaşinqtondakı hoteli ilə konstitusiyaya zidd bir şəkildə mənfəət əldə etdiyi iddia edilən məhkəmədə ABŞ Federal Apellyasiya Məhkəməsi Trampa bəraət qazandırıb. Tramp məhkəmənin qərarını “Twitter”-də dəyərləndirib.

ABŞ prezidenti Donald Trampın Ağ Evin yaxınlığında yerləşən, xarici dövlətlərdən olan hökumət nümayəndələrinin də qaldığı hotelindən mənfəət əldə etməsi ilə bağlı məhkəmə Trampın lehinə nəticələnib.

“Maryland” federal məhkəməsi Trampın Floridadakı hoteli və digər obyektləri məhkəmədən kənarda tutub və Vaşinqtondakı oteli ilə bağlı məhkəmənin davam etməsinə qərar verib.

Apellyasiya məhkəməsi isə federal məhkəmənin qərarını heçə sayaraq Trampın Vaşinqtondakı hoteli ilə konstitusiyaya zidd şəkildə mənfəət əldə etdiyi iddia edilən məhkəmədə Trampa haqq qazandırıb.

ABŞ konstitusiyasına görə, ABŞ prezidentləri də daxil olmaqla, federal hökumət nümayəndələri vəzifədə olduqları müddətdə başqa bir dövlətdən hədiyyə və ya qazanc əldə edə bilməzlər.

Demokratlar isə iddia edir ki, Tramp prezident olduğu gündən bəri bir obyektləri vasitəsilə xaricdən gəlir edir və bu, konstitusiyaya tamamilə ziddir.

Tramp isə məhkəmə qərarından sonra “Twitter” vasitəsilə verdiyi açıqlamada “dərin dövlətə və demokratların etdiyi cadugər ovuna qalib gəldiyini” bildirərək əlavə edib: “Prezidentiniz olaraq sizə xidmət etmək və ortaya yaxşı nəticə qoymaq üçün sərvətimi itirirəm, üstəlik maaş da almıram”.

İnterpress.az