Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Prezident Rəsulzadənin varisini Xalq Cümhuriyyətinin 100 illiyi medalı ilə təltif edib

Medalları Əli Həsənov təqdim edib.

Dərc edilib: 11 iyul 2019 [16:52]
Baxış sayı: 6865

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

İnterpress.az-ın məlumatına görə, medalları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Medalla təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə də var.

Bundan başqa, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da medalla təltif olunublar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193