Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq edə bilərbackend

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir.

İnterpress.az