PSJ Neymarın qiymətini aşağı saldıbackend

PSJ Neymarın qiymətini aşağı saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntepress.az xəbər verir ki, Paris klubu yolları ayırmağa hazırlaşdığı 27 yaşlı hücumçu üçün hələ rəsmi təklif almayıb. Bu barədə klub rəsmisi Leanardo açıqlamasında bildirmişdi. Əgər transfer pəncərəsinin son həftəsinə kimi braziliyalı oyunçunu almaq istəyən klub olmasa, PSJ Neymarın qiymətini 222 milyondan 150 milyon avroya salacaq.

Hazırda oyunçu ilə maraqlanan yeganə klubun \”Barselona\” olduğu qeyd olunur.

Qeyd edək ki, Neymar PSJ-nin məşqlərinə qatılmır. Onun Kataloniya təmsilçisinə qayıtmaq istədiyi vurğulanır.

İntepress.az