Bakıda polis rəisinin oğlu intihar etdibackend

Bakıda polis rəisinin oğlu intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi,polkovnik Əlaslan Ağayevin oğludur.

İnterpress.az