Srebrenitsa soyqırımından 24 il ötürbackend

Srebrenitsa soyqırımından 24 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Srebrenitsa şəhərində 8 min 372 bosniyalı müsəlmanı-boşnakı qətlə yetirilib.

Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, \”Əqrəblər\” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.

BMT şəhərə 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirsə də, soyqırımın qarşısını almaq mümkün olmayıb.

Srebrenitsa qətliamı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı soyqırım sayılır. Bu, həm də II Dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş cinayət aktıdır.

Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebnitsada əhalinin 78%-ni boşnaklar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədəkdir. Şəhərin əhalisinin qalanı serbdir.

İnterpress.az