Rusiyadakı diaspor rəhbərləri ilə işgüzar görüş keçirilib – FOTObackend

Rusiyadakı diaspor rəhbərləri ilə işgüzar görüş keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov, Stavropoldakı “Odlar yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyev, Vladivostokda “Dostluq” Azərbaycan cəmiyyətinin sədri Ramiz Zeynalov və Saxalin regional Azərbaycan diasporunun rəhbəri Abil Əliyev iştirak edib.

Görüşdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, perspektivi, Dövlət Komitəsi ilə gələcək əməkdaşlığı, soydaşlarımızın problemləri, inteqrasiyası və digər aktual məsələlərlə bağlı geniş müzakirə aparılıb.
Rusiyadakı diaspor təşkilatlarının işini yüksək qiymətləndirən DİDK sədri Fuad Muradov onlara öz fəaliyyətini genişləndirmək üçün müəyyən tövsiyələrini verib. Qeyd edib ki, Rusiyada yaşayan və işləyən soydaşlarımız hər zaman Azərbaycan dövlətinin, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin diqqətindədir. Komitənin hər zaman xaricdə yaşayan soydaşlarımıza, o cümlədən Rusiyadakı həmvətənlərimizə dəstək göstərməyə hazır olduğu vurğulanıb.

Diaspor rəhbərləri isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, gələcək fəaliyyətləri üçün belə görüşlərin vacibliyini vurğulayıblar. Cəmiyyət sədrləri rəhbərlik etdirkəri təşkilatların işi barədə geniş məlumat verərək, üzləşdikləri çətinliklər və problemlər, onların aradan qaldırılması, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiyadakı diaspor rəhbərləri ilə işgüzar görüş keçirilib - FOTO

Rusiyadakı diaspor rəhbərləri ilə işgüzar görüş keçirilib - FOTO

Rusiyadakı diaspor rəhbərləri ilə işgüzar görüş keçirilib - FOTO

İnterpress.az