Bordin bizdən revanş aldı – Sperantsanın baş məşqçisibackend

Bordin bizdən revanş aldı – Sperantsanın baş məşqçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi\”.

İnterpress.az-ın məlumatına görə, bunu Moldova \”Sperantsa\”sının baş məşqçisi Kristian Yefros Kişinyovda \”Neftçi\”yə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…

– 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri? – Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

– \”Neftçi\”nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz? – Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.

– Belə çıxır ki, cavab matçı formal olacaq? – Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

– Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz? – Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

– Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi \”texniki zona\”da olmursunuz? – Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

– Niyə aqressivsiniz? – Konkret nəyi nəzərdə tutursunu?

– Suallarımıza aqressiv cavab verirsiniz. Niyə \”Neftçi\”nin qələbəsinə kölgə salırsınız? – Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

– Roberto Bordini \”Şerif\”dən məğlub yola salmışdınız. Belə çlxlr ki, sizdən revanş aldı? – Belə demək də olar. (report.az)

İnterpress.az