UEFA 2019/20 Avropa Kuboku mövsümünün iştirakçılarına təqribən 2,5 milyard avro ödəyəcəkbackend

UEFA 2019/20 Avropa Kuboku mövsümünün iştirakçılarına təqribən 2,5 milyard avro ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qarşıdan gələn Çempionlar Liqası, Avropa Liqası və UEFA Superkuboku yarışlarının kommersiya fəaliyyətindən ümumi gəlirlər təqribən 3,25 milyard avro təşkil edəcək. Həmin vəsaitin 295 milyon avrosu inzibati və təşkilati ehtiyacların təmin edilməsi, 227,5 milyon avrosu həmrəylik vergisi üçün ayrılacaq.

Turnir iştirakçılarına 2,55 milyard avro ayrılacaq. Bu vəsaitin 2,04 milyard avrosu Çempionlar Liqası və UEFA Superkuboku iştirakçıları, 510 milyon avrosu Avropa Liqası iştirakçıları arasında paylanacaq.

Çempionlar Liqasının qrup mərhələsində iştiraka görə 32 klubun hər birinə 15,25 milyon avro ödəniləcək, qrup mərhələsində matçda qələbəyə görə 2,7 milyon avro, heç-heçəyə görə 900 min avro məbləğində bonus veriləcək. 1/8 finala çıxan komandaların hər birinə 9,5 milyon avro, 1/4 finala çıxan komandaların hər birinə 10,5 milyon avro, yarımfinala çıxan komandaların hər birinə isə 12 milyon avro ödəniləcək. Finalda uduzan komanda 15 milyon avro, Çempionlar Liqasının qalibi isə 19 milyon avro alacaq.

Avropa Liqasının qrup mərhələsində oynayan klubların hər biri 2,92 milyon avro, qrup mərhələsində qələbə qazanan komanda 1 milyon məbləğində bonus, ikinci yeri tutan komandaların hər biri 500 min avro, qrup mərhələsində qələbə qazanan komandaların hər biri 570 min avro, heç-heç oynayan komandaların hər biri 190 min avro, pley-off mərhələsinə çıxan klubların hər biri 500 min avro, 1/8 finalın iştirakçılarının hər biri 1,1 milyon avro, 1/4 finalın iştirakçılarının hər biri 1,5 milyon avro, yarımfinalın iştirakçılarının hər biri 2,4 milyon avro alacaq. Avropa Liqasının finalçılarının hər birinə 4,5 milyon avro, qalib komandaya isə 4 milyon avro ödəniləcək.

UEFA Superkubokunun iştirakçılarının hər biri 3,5 milyon avro, qalib 1 milyon avro qazanacaq.

Avropa Liqasının ikinci təsnifat mərhələsinin iştirakçılarının hər biri 260 min avro, üçüncü təsnifat mərhələsinin iştirakçılarının hər biri 280 min avro, pley-off mərhələsinin iştirakçılarının hər biri 300 min avro alacaq. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iştirak edən klubların hər biri 480 min avro qazanacaq. Pley-off mərhələsində iştiraka görə isə heç bir ödəmə nəzərdə tutulmayıb.

İnterpress.az