Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Çində daşqınların vurduğu ziyan müəyyənləşdirilib - 7,7 milyard dollar

Yayın əvvəlindən etibarən leysan yağışların yaratdığı daşqınlar Çinə, təxminən, 53,4 milyard yuan (7,7 milyard ABŞ dolları) məbləğində ziyan vurub.

Dərc edilib: 12 iyul 2019 [15:57]
Baxış sayı: 3774

İnterpress.az "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Çinin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilib.

Yağışlı mövsümün başlanğıcından etibarən fövqəladə xidmətlər tərəfindən, təqribən, 1,3 milyon nəfər təxliyyə edilib, 580 mindən çox insanın isə təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 19,91 milyona yaxın insana təsir edib. Təbii fəlakət nəticəsində 34 min yaşayış binası dağılıb, 1,76 milyon hektardan çox sahədə əkinçilik məhsullarına ziyan dəyib.

Daşqınlardan ən çox Çinin mərkəzi, şərq, cənub və cənub-qərb hissəsindəki regionlar əziyyət çəkir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 138