Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Yeniyetmə və gənc güləşçilər üçün seminar keçirilib

Azərbaycan Güləş Federasiyası Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlığı davam etdirir.

Dərc edilib: 12 iyul 2019 [17:19]
Baxış sayı: 3760

Federasiyadan İnterpress.az-a bildiriblər ki, əməkdaşlıq çərçivəsində AMADA-nın əməkdaşları güləşçilər üçün mütəmadi qaydada maarifləndirici seminarlar təşkil edirlər. Belə tədbirlərdən biri Olimpiya Güləş Mərkəzində baş tutub.

AMADA-nın təhsil və təlim, eləcə də tibb və elm menecerləri Lalə Hacıyeva və Leyla Qabulovanın keçdikləri seminarda yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları, istifadəsi qadağan olunmuş preparatlarla bağlı məlumat verilib, bukletlər paylanıb.

Sonra güləşçilərin mövzu ilə bağlı sualları cavablandırılıb, belə seminarların gələcəkdə də təşkilinin əhəmiyyəti vurğulanıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 141