Pomidor zəhərli maddələri orqanizmdən təmizləyirbackend

Pomidor zəhərli maddələri orqanizmdən təmizləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az tibbi saytlara istinadla xəbər verir ki, pomidor 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onun zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanılıb. Onu əsasən qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb.

Amerikada pomidoru tərəvəz kimi becərən Tomas Ceferson olub. 1900-cü ilə qədər Amerikada onu zəhərli hesab etdiklərinə görə becərmirdilər. Tədricən avropalılar pomidoru sevgi bəxş edən tərəvəz kimi qəbul edərək “məhəbbət alması” adlandırıblar.

Antioksid tərkibə malik olan pomidor orqanizmə yığılan zəhərli maddələri təmizləyir, qanın durulmasına kömək edir. Mədə-bağırsağın fəaliyyətinə, böyrək daşlarının düşməsinə müsbət təsir göstərir. Ondan kosmetik vasitə kimi də istifadə etmək olar, dəriyə təmizlik və gözəllik verir. Yanıq zamanı və həşərat dişlədiyi yerlərin müalicəsində çox faydalıdır.

İnterpress.az