S-400-lərin ilk hissəsinin Türkiyəyə təhvil verilməsinə başlanılıbbackend

S-400-lərin ilk hissəsinin Türkiyəyə təhvil verilməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Qeyd edək ki, uzaq məsafəli zenit-raket sistemi – S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, habelə yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini aprel ayında silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu bildirib.

İnterpress.az