Fransada “sarı jiletlilər”in nümayişləri zamanı xəsarət alan jandarmların sayı açıqlanıbbackend

Fransada “sarı jiletlilər”in nümayişləri zamanı xəsarət alan jandarmların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Milli Jandarmeriyasının baş direktoru Rişar Lizure bildirib.

O, həmin rəqəmi kütləvi etiraz aksiyalarının əvvəlindən zorakılıq mühitinə keçməsinə dəlalət kimi dəyərləndirərək, jandarm qüvvələri və polis tərəfindən iriçaplı rezin güllə atan tüfənglərin geniş tətbiqinə haqq qazandırıb: “Bu, hücumlara məruz qalan asayiş əməkdaşlarının özlərini qorumaq üçün zəruri idi”.

Xatırladaq ki, “sarı jiletlilər” hərəkatı Fransada avtomobil yanacağının bahalaşmasına qarşı etiraz aksiyaları 2018-ci il noyabrın 17-dən başlayıb. Ötən müddət ərzində hərəkat iqtisadi tələblərlə yanaşı, siyasi məzmunlu tələblər də irəli sürməyə başlayıb.

İnterpress.az