“Keşlə” sabiq hücumçusunu geri qaytarıbbackend

“Keşlə” sabiq hücumçusunu geri qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İstanbuldan Bakıya qayıdarkən İnterpress.az-ın əməkdaşına müsahibə verən 31 yaşlı hücumçu özü bildirib.

Artıq Bakıda olan Fərcad-Azad yenidən \”Keşlə\”də çıxış edəcəyini bildirib. O artıq klub rəhbərliyi ilə danışıqlar apardığını və məsələnin 90 faiz həll olunduğunu açıqlayıb: \”O vaxt \”Keşlə\”də qalmağımı sabiq baş məşqçi Yuri Maksimov istəmədi. Almaniyanın iki klubu da mənimlə maraqlanırdı. Bunlar Regional Liqada çıxış edən \”Berliner AK\” və III liqa təmsilçisi \”Karl Tseys Jena\”dır.

\”Sumqayıt\”la da danışıq apardığını deyən təcrübəli forvard keçidinin alınmamasını maliyyə amili ilə əlaqələndirib.

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2016-2018-ci illərdə də \”Keşlə\”də çıxış edib. Hücumçu Azərbaycan millisinin formasını 6 dəfə geyinib.

İnterpress.az