De Liqt ikinci ən bahalı müdafiəçi olur – transfer baş tutacaqbackend

De Liqt ikinci ən bahalı müdafiəçi olur – transfer baş tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS informasiya agentliyinə istinadən bildirir ki, maaşı 12 mln avro təşkil edən 19 yaşlı müdafiəçi 3 mln avro məbləğində bonus da alacaq.

Futbolçunun agenti Mino Rayolanın bu transferdə 12 mln avro qazanacağı qeyd edilir. Beləliklə, de Liqt tarixdə ikinci ən bahalı müdafiəçi adını qazanmış olacaq.

Qeyd edək ki, ən bahalı müdafiəçi isə 2018-ci ilin yanvarında “Sauthempton”dan “Liverpul”a 84,5 mln avroya transfer olunmuş holland Vircil van Deykdir.

Ötən mövsümdə de Liqt “Ayaks”ın tərkibində 7 qol vurmaqla və 4 nəticə verən ötürmə etməklə 55 görüş keçirib. De Liqt klubun tərkibində Niderland çempionu (2018/19) və Niderland Kubokunun (2018/19) sahibi olub.

İnterpress.az