Rusiyanın HHM sistemləri Suriyaya hücumun qarşısını alıbbackend

Rusiyanın HHM sistemləri Suriyaya hücumun qarşısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin deyib.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri hücumun qarşısını vaxtında alaraq insan təlafatına yol verməyiblər.

“İyulun 12-də gecə Suriyada qanunsuz silahlı birləşmələrin nümayəndələri Hmeymim hava bazasına İdlib tərəfdən Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum etməyə cəhd göstərib. Rusiyanın hava hücumundan müdafiə sistemləri vaxtında PUA-ları aşkar edərək məhv edib. Bununla da Hmeymim aviabazasına dron hücumunun qarşısı alınıb”, – deyə Bakin bildirib.

O qeyd edib ki, sutka ərzində silahlılar Latakiya vilayətinin Kinsibba yaşayış məntəqələrini, Sabikiya və Hələb şəhərini və vilayətini atəşə tutublar.

İnterpress.az