Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edibbackend

Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə, həmin dövrdə gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12 min 148-i gənclər olub.

İlin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3 min 171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslərdən ibarət olub.