BMT-nin insan haqları üzrə 41-ci sessiyası keçirilibbackend

BMT-nin insan haqları üzrə 41-ci sessiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə ayrı-ayrı ölkələrdə insan haqlarının vəziyyətinə dair bir neçə qətnamə qəbul edilib.

Sessiya iştirakçıları Ukrayna ilə əməkdaşlıq və bu ölkəyə yardım göstərilməsi, Suriyadakı vəziyyət, erkən nikahların ağır nəticələri, qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələlərini müzakirə ediblər.

Belarusda ölüm hökmünün ləğv edilməsi, bu ölkədə məhkəmə islahatları, BMT-nin Belarus üzrə xüsusi məruzəçisinin mandatının uzadılması haqqında qətnamə qəbul edilib. Sessiya iştirakçıları Suriyada silahlı münaqişənin 9 ildən çoxdur davam etməsindən və onun dinc əhali üçün dağıdıcı nəticələrindən təəssüfləndiyini bildiriblər. Onlar münaqişə tərəflərini vəziyyətin daha da pisləşməsinə səbəb olacaq hərəkətlər etməməyə çağırıblar. Qeyd olunub ki, bu məqsədlə ölkənin hər yerində atəşkəsə nail olunmalı, münaqişənin siyasi yollarla həlli istiqamətində konstruktiv danışıqlar aparılmalıdır.

İkigünlük sessiyada ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı 60 tematik məruzə dinlənilib və onlara dair 30 qətnamə qəbul edilib. Onlardan birində BMT-nin İnsan Haqları Şurası qadınlara qarşı iş yerlərində zorakılığın bütün təzahürlərinə son qoymağa çağırıblar. Bundan başqa, erkən nikahları pisləyən sessiya iştirakçıları qeyd ediblər ki, hər il 12 milyon həddi-buluğa çatmamış qız zorla ərə verilir. Hər 30 azyaşlı oğlandan biri də 18 yaşınadək evlənir. Yeni qətnamədə göstərilir ki, uşaq, erkən və məcburi nikahlar insan hüquqlarının kobud şəkildə pozulmasıdır və azyaşlılar üçün ağır nəticələrə səbəb olur, onların fiziki və psixi sağlamlığını pozur.

BMT-nin İnsan Hüquqları Şurası təşkilatın 2005-ci ildə keçirilmiş sammitinin yekunları əsasında yaradılıb. Bu orqan Baş Assambleyanın tərkibində fəaliyyət göstərir. Şuranın sessiyaları hər üç ildə bir dəfə keçirilir. Onun tərkibinə 47 dövlət, o cümlədən Azərbaycan daxildir

İnterpress.az