Gürcüstanda yol qəzası: 1 nəfər ölüb, 5 nəfər yaralanıbbackend

Gürcüstanda yol qəzası: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yol qəzası azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qeydə alınıb.

Qəza zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzanın karqo xidmətinə məxsus yük maşınının idarəetməni itirməsi və qarşıdan gələn minik avtomobili ilə toqquşması nəticəsində baş verdiyi bildirilir.

Qəza nəticəsində 8 avtomobilə zərər dəydiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb.

İnterpress.az