İtaliya klubunun baş məşqçisi istefa verirbackend

İtaliya klubunun baş məşqçisi istefa verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən məlumatına görə, Sinişa Mixayloviç postunu tərk edəcək.

Buna səbəb onun səhhətindəki problemlərdir. Müayinə zamanı xəstəliyi aşkarlanan serbiyalı istefa verib, müalicə ilə məşğul olmaq niyyətindədir. Çünki təcili başlanması zəruri olan müalicə kursu məşqçilik fəaliyyəti ilə uzlaşmır.

Qeyd edək ki, S.Mixayloviç 2019-cu ilin yanvarından “Bolonya”nı çalışdırır. O, bu postda Filippo İnzaqini əvəzləyib. Serbiyalının müqaviləsi 2022-ci ilin yayına qədərdir.

İnterpress.az