Səudiyyə Ərəbistanından qadınlarla daha bir hüquq verilibbackend

Səudiyyə Ərəbistanından qadınlarla daha bir hüquq verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə qadınlara səyahət hüququ verməyi planlaşdırır.

Bu ilin sonunda qəbul ediləcək qərara əsasən, qadınlar kişilərin icazəsi olmadan səyahət edə biləcəklər. Hazırda qüvvədə olan qanuna görə isə qadınlar və 21 yaşdan kiçik oğlanlar yaxın qohumlarının icazəsi olmadan ölkəni tərk edə bilməzlər.

Kişilər üçün qoyulan qadağa tamamilə ləğv ediləcək. İcazəsiz səyahət hüququndan yalnız 18 yaşını tamamlamış qadınlar istifadə edə biləcəklər.

Xatırladaq ki, S.Ərəbistanı ötən il qadınlara avtomobil idarə etmək hüququ verib.

İnterpress.az