Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlərbackend

Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Güləş Federasiyasından İnterpress.az-a bildiriblər ki, iyulun 7-dən gündoğar ölkədə olan millimiz bu ayın 17-dək yerli komanda ilə birgə hazırlıq prosesini davam etdirəcək. Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi ilə Komatsu şəhərində keçən toplanışda yığmamızın üzvləri fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində də işləyirlər.

Komandamız Komatsuda yüksək qonaqpərvərliklə qarşılanıb. İlk gündən böyük diqqət göstərilən güləşçilərimizin şərəfinə şəhər merinin təşəbbüsü ilə ziyafət təşkil edilib.

İnterpress.az