“Barselona” Neymar üçün super təklifbackend

“Barselona” Neymar üçün super təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Bild\”ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 27 yaşlı hücumçudan ötrü 130 milyon avro ödəməyə hazırdır.

Habelə müqaviləyə komandanın oyunçuları Filippe Koutinyo, Usman Dembele, Nelson Semedu və Samuel Yumtiti daxil edilə bilər. \”Barsa\” ödəyəcəyi puldan əlavə, bu oyunçulardan 3-nü seçməyi də təklif edəcək. Daha əvvəl braziliyalı forvardın 2013-2017-ci illərdə çıxış etdiyi keçmiş komandasına dönmək istədiyi xəbərləri yayılıb.

Qeyd edək ki, Neymar iki il əvvəl PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. \”Sambaçı\” ötən mövsüm 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

İnterpress.az