“Nikoil Bank” ilin I yarısını mənfəətlə başa vurubbackend

“Nikoil Bank” ilin I yarısını mənfəətlə başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,9% azdır.

“Nikoil Bank”ın aktivlərinin 220,994 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3% böyüyüb.

Hesabat dövründə “Nikoil Bank”ın cəmi öhdəlikləri 8,3% azalaraq 359,921 milyon manata, o cümlədən depozit portfeli 0,1% azalaraq 111,783 milyon manata düşüb, cəmi kapitalı isə 28,1% artaraq 69,107 milyon manata, o cümlədən nizamnamə kapitalı 42% artaraq 348 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Nikoil Bank”ın gəlirləri 34,079 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5,7% az), xərcləri 22,197 milyon manat (19,5% çox), xüsusi ehtiyatlara ayırmaları isə 9,135 milyon manat (85,6% az) təşkil edib. Son nəticədə Bank I yarımili 2.746 milyon manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 45,861 milyon manat zərərlə çıxmışdı.

Xatırladaq ki,“Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən \”Ülpər\” kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 95,68%-i \”Topaz Investment” QSC-yə, 4,22%-i Marina Kulişovaya (adı çəkilən şirkətin direktoru), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

İnterpress.az