Türkiyə S-400-ləri almaqla müharibəyə hazırlaşmır – Ərdoğanbackend

Türkiyə S-400-ləri almaqla müharibəyə hazırlaşmır – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Habertürk” telekanalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, S-400-ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır və bu sistemin alınması ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.

Türkiyə prezidenti S-400 sistemləri üzərində nəzarətin tamamilə Türkiyə Silahlı Qüvvələrinin öhdəliyində olacağını da vurğulayıb. Daha sonrakı mərhələdə ortaq istehsal və S-500-lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib.

O, həmçinin S-400 müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun F-35 döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub.

\”F-35-lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bu sadə bir məsələ deyil. Türkiyə F-35 proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar\” – deyə Ərdoğan xatırladıb.

İnterpress.az