Qazaxıstanda ölən azərbaycanlı vətənində dəfn ediləcəkbackend

Qazaxıstanda ölən azərbaycanlı vətənində dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar.

Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb.

N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti – red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin \”Səhlənkarlıq\” maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək.

İnterpress.az