Musiqili Teatr mövsümə yekun vurubbackend

Musiqili Teatr mövsümə yekun vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatrın mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, sənət ocağı mövsümü milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ilə bağlayıb.

Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış ediblər.

Aktyorların məharətli çıxışı, səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

İnterpress.az