Albaniya çempionu “Qarabağ”la cavab matçında heyətdə dəyişiklik edəcəkbackend

Albaniya çempionu “Qarabağ”la cavab matçında heyətdə dəyişiklik edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Panorama Sport” portalına istinadən xəbər verir ki, baş məşqçi Franko Lerda Tiranada qolsuz heç-heçə ilə başa çatan oyuna nəzərən “11-lik”də 2 dəyişiklik edəcək. O, sol cinah müdafiəçisi Esin Hakayı Lorents Traşi ilə əvəzləyəcək. Hücumçu Emmanuel Mensanın yerinə isə Brayan Braun meydana çıxacaq.

Proqnoza əsasən, qapıda Alban Hoca dayanacaq. Müdafiədə soldan sağa olmaqla, Lorents Traşi, Eqzon Belitsa, Eneo Bitri və Labinot İbrahimi yer alacaq. Orta xətdə eyni qaydada Vilyam Kordeyru, Bruno Telyuşi və Esat Mala çıxış edəcək. Hücum xətti isə Eraldo Çinari, Brayan Braun və Yasir Asanidən ibarət “üçlük”dən təşkil olunacaq.

Komandanın ötən gün keçirilən, eləcə də bu günə nəzərdə tutulan məşqləri mətbuata qapalı olacaq.

Qeyd edək ki, iyulun 17-də \”Dalğa Arena\”da keçiriləcək matç saat 21:00-da başlanacaq.

İnterpress.az