Bakı Dəniz Limanının Əsas Yük Terminalı tam olaraq Ələtə köçürülübbackend

Bakı Dəniz Limanının Əsas Yük Terminalı tam olaraq Ələtə köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a \”Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

“Terminal tamamilə Ələtə köçürülüb və demək olar ki, orada bizə aid olan heç bir şey qalmayıb”, – deyə QSC-dən məlumat veriblər.

Qeyd edək ki, mərkəzdə yerləşən Əsas Yük Terminalı (Dənizkənarı Milli Parkın ərazisində yerləşən) bu ilin may ayının 1-dən öz işini dayandırıb.

Hazırda bütün liman əməliyyatları Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılır.

QSC-nin Baş direktoru Taleh Ziyadov öncə verdiyi məlumata əsasən, Əsas Yük Terminalının demontajı bu ilin axırına kimi bitəcək. və onlar bitəndən sonra ərazidə abadlaşdırma işləri aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 oktyabr 2007-ci il 2 443 saylı sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib.

İnterpress.az