“Çalışacağıq ki, Avropa Gənclər Yay Olimpiya Festivalında gözəl oyun göstərək” – Volleybolçumuzbackend

“Çalışacağıq ki, Avropa Gənclər Yay Olimpiya Festivalında gözəl oyun göstərək” – Volleybolçumuz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Mais Verdizadə deyib.

O, iyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı danışıb. 18 yaşlı blokçu bildirib ki, A qrupundakı rəqibləri Belarus, Almaniya və Rusiyaya qarşı layiqli mübarizə aparmağa çalışacaqlar: “Çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşlərimiz olub. Yarışların başlamasına çox az bir vaxt qalıb. Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bilinir, biz də məşqlərimizi onların oyun taktikalarına uyğun keçirik. Ölkəmizin belə mötəbər festivala ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdur. Doğma meydanda öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Doğrudur, bunun böyük məsuliyyət olduğunu da anlayırıq və çalışacağıq ki, gözəl oyun göstərək”.

Qeyd edək ki, oğlan voleybolçuların yarışında 8 yığma qüvvəsini sınayacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika yer alıblar.

İnterpress.az