“15 iyulda Azərbaycanın ürəyi Türkiyə ilə idi” – Səfirbackend

“15 iyulda Azərbaycanın ürəyi Türkiyə ilə idi” – Səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir 15 iyulda göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”, – E. Özoral vurğulayıb.

O qeyd edib ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz: “Biz birlikdə güclüyük. Əminəm ki, türk xalqı 15 iyulda göstərdiyi birlik və bərabərliyi sona qədər davam etdirəcək”.

İnterpress.az