Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Güləşçilərimiz Türkiyədə 3-cü yeri tutub

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə dünən yekun vurulub.

Dərc edilib: 15 iyul 2019 [15:51]
Baxış sayı: 10843

Azərbaycan Güləş Federasiyasından İnterpress.az-a verilən məlumata görə, 47-cisi təşkil olunan ənənəvi yarışda ölkəmizi yalnız sərbəst güləş üzrə yığmamız təmsil edib. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 10 güləşçi reytinq xarakterli turnirdə qüvvəsini sınayıb. İki qızıl, iki bürünc medala sahib olan millimiz 100 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Çempionlar - Murtuzəli Müslimovla (70 kq) Aleksandr Qostiyev (86 kq) yığmamıza 25 xal qazandırıbsa, bürünc medala sahib çıxan Georgi Edişeraşvili (57 kq) və Şamil Zubairov (92 kq) hərəyə 15 xalı hesabımıza yazıb. Əli Rəhimzadə (65 kq) ilə Abubakr Abakarovdan (79 kq) isə hərəyə 10 xal komandamıza gəlib.

Qeyd edək ki, təşkilatçı ölkə 165 xalla sərbəst güləş yarışında 1-ci yeri tutubsa, Türkiyədən 10 xal geri qalan ABŞ 2-ci olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164