Ermənistanın narahatlıq səbəbi anlaşılmazlıq yaradır – Xramçixinbackend

Ermənistanın narahatlıq səbəbi anlaşılmazlıq yaradır – Xramçixin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KIV-lərə istinadən xəbər verir ki, bunu Moskvanın siyasi və hərbi araşdırmalar mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin KTMT-yə üzvlük məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, KTMT-nin tam üzvlüyü belə çoxluqla formalizmdir və bu baxımdan qeyd edilən statuslar heç nədir.

\”Mən bilmirəm ki, söhbət hansı qorxudan gedir, çünki bu kimi vəziyyətlərdə istənilən üzv dövlətin veto tətbiq etmək hüququ var. Daha doğrusu, hətta KTMT-nin tam üzvlüyü belə çoxluqla formalizmdir və bu baxımdan qeyd edilən statuslar, əslində, heç nədir. Buna görə də narahatlıq səbəbinin olması anlaşılmazlıq yaradır\”, – deyə Xramçixin vurğulayıb.

O qeyd edib ki, bu barədə çox danışılıb və Rusiya Cənubi Qafqaz ölkələrinin ümumi bir siyasi, iqtisadi və təhlükəsizlik sistemi üçün cəhd edir və ya ən azından uzunmüddətli reinteqrasiya etmək məqsədinə malikdir.

\”Bu baxımdan bu, kompleks problemdir və ya prosesdir. Çünki Ermənistan və Azərbaycanın əlaqələrini tənzimləmədən, regional problemləri həll etmədən bunu etmək mümkün deyil… Başqa sözlə desək, Bakı dəfələrlə ehyam vurub ki, əgər Moskva Azərbaycan tərəfini Dağlıq Qarabağ məsələsində dəstəkləsə, o zaman Azərbaycanın \”Avrasiyaya\” ineteqrasiyası haqqında ciddi şəkildə düşünmək olar\”, – deyə rusiyalı ekspert sözlərini yekunlaşdırıb.

İnterpress.az