AVRO-2020-yə bilet sifarişində rekord qeydə alındı – 19,3 milyonbackend

AVRO-2020-yə bilet sifarişində rekord qeydə alındı – 19,3 milyon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, 2019-cu il 12 iyun və 12 iyul tarixləri arasında 1,5 milyon bilet satışa çıxarıldı.

19,3 milyon bilet üçün müraciət qəbul edildi; bu rəqəm UEFA AVRO-2016-dan öncə eyni mərhələ zamanı biletlərə olan tələbat səviyyəsindən, demək olar ki, iki dəfə çoxdur. UEFA AVRO-2020 biletlərinin ilkin satış mərhələsi zamanı UEFA, UEFA AVRO-2016 ərəfəsində ekvivalent mərhələdə əldə edilmiş 11 milyonluq rekordu vuraraq, heyrətləndirici rəqəm olan 19,3 milyon bilet sorğusu aldı.

Qeyd edilir ki, UEFA AVRO-2020 ev sahibliyini həyata keçirən 12 şəhərdə 3 milyon bilet satışı ilə tarixin ən böyük Avropa Çempionatı olacaq.

İnterpress.az