Bakıda Dünya İslam Kulinariya Konqresinin açılışı olubbackend

Bakıda Dünya İslam Kulinariya Konqresinin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Gökhan Tufan çıxış edib. O, belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Dünyada 2 milyarda yaxın insanın İslam dinə sitayiş etdiyini söyləyən Gökhan Tufan bu konqresin keçiriməsində əsas məqsədin islam ölkələrinin kulinariyasını bir araya gətirmək və təbliğ etmək olduğunu deyib.

Tədbirdə MKA-nın prezidenti, professor Tahir Əmiraslanov konqres barədə geniş məlumat verib. Bildirib ki, bu gündən Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Konqresdə 24 ölkə iştirak edir.

Qeyd edib ki, tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək. Tədbir çərçivəsində, həmçinin II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil olunacaq. Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq.

Vurğulanıb ki, tədbir zamanı “Halal” sərgi keçiriləcək. “Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada “Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq. Tədbir daxilində WICS münsiflər treninqi də keçiriləcək. Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər.

Konqres çərçivəsində daha bir möhtəşəm tədbirin olacağını söyləyən Tahir Əmiraslanov deyib ki, keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi “YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək.

T. Əmiraslanov ötən il nəşr olunan “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitab barədə də məlumat verib. Vurğulayıb ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESKO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Tədbirdə WICS-in baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək konqres barədə öz fikirlərini bölüşüblər.

Sonra \”Hilal star\” brendinin təqdimatı olub. Birulduzlu \”Hilal star\” \”Turan\” restoranına verilib.

İnterpress.az