Bu dəfə milyonluq üzük oğurlandıbackend

Bu dəfə milyonluq üzük oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 29 yaşlı model iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş.

Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.

İnterpress.az