İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilibbackend

İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

İnterpress.az