“Sərhədi keçən adam güllələnməlidir” – Aqil Abbasdan sərt mövqebackend

“Sərhədi keçən adam güllələnməlidir” – Aqil Abbasdan sərt mövqe

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 14-də \”Keşikçidağ” bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərini provokasiyaya çəkməsinin səs-küyü hələ də səngimir. Bəs Azərbaycan cəmiyyətində böyük etiraz doğuran bu insidentin baş verməsinin arxasında yatan səbəblər nədir? Bundan sonra eyni halın təkrarlanmaması üçün nə etməliyik?

İnterpress.az bu suallara cavab almaq üçün Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas və Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə müraciət edib.

A.Abbas bildirib ki, Azərbaycan dövləti baş vermiş insidentlə bağlı Gürcüstana xəbərdarlıq etməlidir: \”Ölkəmizdəki Gürcüstan Səfirliyinə nota verilməlidir ki, bir də belə hal təkrarlansa, Azərbaycan ordusu sizə layiqli cavabı verəcək. Bu çox ağır hadisədir, provokasiyadır. Arxasında nə gizləndiyini hələ bilmək olmur. Bu hadisədə başqalarının da əli ola bilər ki, gürcülərlə aramızı vursunlar”.

Deputat deyib ki, azərbaycanlılar gedib pullarını Gürcüstana tökməsinlər: \”Həqiqətən bu hədisə mənə pis təsir etdi. Gərək sərhədçilər döyülsə də, silahı verməyəydi. Gürcüstan dövləti bizdən üzr istəməli, sərhəçilərinə tapşırıq verməlidir ki, sərhəddə azərbaycanlılarla normal davransınlar. Eləcə də öz vətəndaşlarına. Əks halda, bu dövlətlər arasında münaqişələrə səbəb ola bilər”.

A.Abbasın sözlərinə görə, Azərbaycan sərhədçilərinin gürcülərə atəş açmağa hər cür haqqı var idi: \”Sərhəddimi keçmisən, qanunu pozmusan. Amma bunun sonrası nə olacaqdı, mən bilmirəm. Qələt edib qayıdacaqlar yerlərinə. Yəni nə edəcəkdilər?! Sərhədi keçən adam güllələnməlidir. Bu, bütün dünyanın qanunlarındadır. Rusiya təyyarəsi bir neçə saniyə Türkiyənin üstündən uçmuşdu, onu vurmuşdular. Bu, mənim sərhəddimdir sən burdan necə keçəcəksən?”

Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də hesab edir ki, baş verən hadisə kiminsə təxribatıdır: \”Bu, gürcülərin əvvəlcədən hazırladığı təxribatdır. Bəlkə də Gürcüstanın daxilindəki gərginlikdən diqqət yayındırmaq, həmçinin, Rusiyanın maraqlarına uyğun olaraq, Gürcüstan və Azərbaycan münasibətlərini gərginlikdə saxlamaq məqsədi daşıyır. Bu, gürcülərin tarixi missiyasıdır”.

Cəmiyyət sədrinin fikrincə, sadə bir gürcü vətəndaşı sərhəddə belə davranış sərgiləyə bilməz: \”Bunun arxasında nələrsə durur. Əsasən də Kreml və Tehranın durduğunu düşünürəm. Çünki İranın ətrafında halqalar daralır. Eynilə də Rusiyaya embarqolar qoyulduğu bir zamanda Gürcüstanı bu iki dövlətə təslim eləmək xətti var. Dolayı yolla ABŞ və Avropanın maraqlarına zərbə vurmaq məqsədi var. Bu hallar də pula işləyən insanlar vasitəsi ilə görülür. Belə insanlar da hər yerdə var”.

“Sərhədi keçən adam güllələnməlidir” – Aqil Abbasdan sərt mövqe

Azərbaycanın bu təxribata necə cavab verməli olduğu barədə də danışan Z.Məmmədli bildirib ki, əgər biz iqtisadi yollarla onlara xəbərdarlıq etsək, məsələn, satdığımız qazı bahalaşdırsaq, bu, gürcü cəmiyyətində bizə nifrət yaradacaq. Ona görə də iqtisadi məsələlər, embarqolar kənara qoyulmalıdır. Hazırda Azərbaycanın vəzifəsi bu təzyiqləri dəf etmək, daha ağıllı olmaq, daha müdrik davranmaqdır. Bizim ölkəmizə Ermənistan təxribatı da var. Bundan əlavə, ölkəmizin içərisində bu təxribatı yaratmaq istəyən şəxslər də var. Belə belə bir halda, daha diqqətli olmalıyıq”. (bakupost.az)

İnterpress.az