Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Assanj ölüm hökmü olan ölkələrə təhvil verilməyəcək" - Britaniya XİN

“WikiLeaks” təşkilatının yaradıcısı Culian Assanj ölüm hökmü cəzası olan heç bir ölkəyə təhvil verilməyəcək”.

Dərc edilib: 16 iyul 2019 [17:01]
Baxış sayı: 14438

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Alan Dankan Ekvadorun xarici işlər naziri Xose Valensiya ilə Kitoda keçirilən görüşün ardından təşkil edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkələr arasında bununla bağlı razılaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun Londondakı səfirliyinə sığınan C.Assanj ABŞ-ın sorğusu ilə aprelin 11-də Londonda polis tərəfindən saxlanılıb. London məhkəməsi onu girov müqabilində azadlığa çıxma şərtlərini pozmaqda günahkar bilərək 50 həftə müddətinə azadlıqdan məhrum edib. ABŞ rəsmiləri casusluq və məxfi məlumatların yayılmasına dair qanunun 17 epizod üzrə pozulması ilə əlaqədar mayın sonunda Assanja qarşı yeni ittihamlar irəli sürdüklərini bildiriblər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164