“Yaxın günlərdə gürcülərin qazı alınacaq” – Hərbi jurnalistbackend

“Yaxın günlərdə gürcülərin qazı alınacaq” – Hərbi jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fikirlərim sərt səslənsə də, bəyənməsəniz də yazmağa məcburam

Biz Topxana meşəsinə görə Şuşada deyil, Bakıda toplaşan insanlarıq. 30 ildə heç cür dəyişməmişik.

Futbolu da, müharibəni də eyni cür oynayırıq. Qələbə olanda Qurban Qurbanov, Zakir Həsənov gözümüzün nurudur, fəxrimizdir. İlla ki uduzmayaq. Hər ikisini asmağa gedirik.

Sosial şəbəkələrdə evində arvad-uşağını idarə edə bilməyənlər strateqlik edirlər. Bir manqa əsgəri tapşır, aparıb qırdırıb qayıdar. Hələ vaxtı ilə tabeliyində olan şəxsi heyəti doğru-düzgün idarə edə bilməyən zabitlərdən bunu eşitmək lap biabırçılıqdır.

İndi keçirəm ötən gün Keşikçi dağda yaşanan insidentə. Gürcülərin sərhədçilərimizə hücumu və əsgərimizin əlindən avtomat darağını almasına.

Hadisəni üzülərək izlədim. Birincisi ona görə ki, hansısa qüvvələr bir qrup başıboş gürcünü küyə salıb, sərhəddə intriqa yaradır. Azərbaycan əsgərinə hücum çəkdirir, sonra bunu çəkdirib internetdə yayımladır.

İkincisi, sərhədçimizin silahının əlindən alınmasıdır. Bir azərbaycanlı kimi bu məni sarsıtdı. Bəlkə də Azərbaycan əsgəri xoş məramla yanaşdığı qonşusundan bunu gözləmirdi. Amma olay baş verdi. Hadisə baş verən şəraiti bilmirəm, amma sərhəd naryadının belə halda qanunvericiliklə yerinə yetirməsi lazım olan hərəkətlər var. Xəbərdarlıq etməli, havaya atəş açmalı, əgər əmri yerinə yetirilmirsə, sərhədi pozan şəxsə atəş açmalıdır. Fərq etməz qarşıdakı kimdir – qaçaqmalçıdır, terrorçudur, ya keşiş. Görünən odur ki, sərhəd naryadı öz vəzifəsini yerinə yetirmədi və gərəkən tədbiri görmədi.

Xatirinizdədirsə, iki ay öncə eyni yerdə sərhəd naryadımız həmin provokatorları silah çəkib ərazidən qovalamışdı. Vəzifəsini yerinə yetirən, adını bilmədiyimiz, əlində avtomat gürcü keşişi qovalayan fotodakı o giziri sosial şəbəkədə qəhrəman eləmişdik.

Əynində uniforma olan hamı \”Rembo” deyil. Cəsarətli, kritik məqamlarda sərt qərar verən insanlar da var. Əksi də. Sərhədçilərin arasında həmin anda oradakı təxribatçıları yanlarındakı sərhəd polisi qarışıq gülləbaran edə biləcəklər də var, humanistlik edib, bəlkə də cəsarət etməyən, hansısa konfliktə getməkdən çəkinən belələri də. Hər ikisinin acı sonucu qaçılmazdır. Amma söz vətənsə, söz sərhədsə, mən birincinin tərəfində dayanardım.

Hərbi ekspert Nazim Bayramın bu fikirləri ilə razıyam: \”Keşikçi dağdakı son hadisə bir nəfərin, bir əsgərin xidməti səhlənkarlığının, qətiyətsizliyinin nə qədər böyük mənfi nəticələrə gətirə biləcəyini göstərdi. Yuxarı komandanlığı geninə-boluna tənqid edə bilərik. Ancaq unutmayaq və ondan danışaq ki, silahını əldən verən kişi buna görə yalnız və yalnız şəxsi məsuliyyət daşıyır. Buna komandanlıq neynəsin?… Lakin silahını başqasına verməmək kimi elementar, bunu kişi üçün bir fitri instinkt də adlandırardım, bir gəncdə yoxdursa, istərsən onun bölük komandiri Napoleon ya Jukov olsun, istərsən Mehmandarov ya Quliyev olsun, ondan əsgər çıxmaz\”.

Keşikçidağ sadəcə tarix, məbəd kompleksi deyil. Bu ərazi strateji əhəmiyyətə malik yüksəklikdir. Ora sahib olan tərəf geniş bir sahəni nəzarətdə saxlaya bilər. Gürcülərin bir qarın ağrısı məbəd kompleksi vasitəsi ilə turizmdən pul qazanmaqdırsa, digəri də sərhəddə strateji üstünlük əldə etməkdir. Gürcülərin nə dərəcədə şovinist olduğunu bilirik. Bu gün Keşikçidağda arzusuna yetişərsə, sabah Qaxa, Balakənə olan ərazi iddialarını da beləcə açıq dilə gətirəcəyinə şübhə etmirəm.

Mən Sərhəd Qoşunlarında xidmət eləmişəm. Sərhədin öz spesifikası var. Sərhəd pozucusuna qarşı hər zaman silah tətbiqi olub. Unutmayın. Bu gün sosial şəbəkə \”əjdahalarının\” üzərinə yürütdükləri DSX rəisi general Elçin Quliyevin rəhbərliyi altında sərhədçilərimiz tərəfindən Zaqatala-Balakən zonasında Hacı Maqamedovun separatçı dəstəsi zərərsizləşdirildi, özü və çox saylı adamları məhv edildi, Qusarda fərqli terror qrupları, cənub sərhədlərimizdən keçməyə cəhd edən radikallar zərərsizləşdirilib. Xəzər dənizində Türkmənistana məxsus hərbi gəmilərin neft-qaz yataqlarında lövbərlənməsinə müdaxilə edilərək imkan verilməyib. Gürcüstanın dəfələrlə sərhədin müxtəlif ərazilərində təxribatı önlənib. Hələ 5-6 il əvvəl Gürcüstanın yenidən gündəmə gətirdiyi Keşikçidağ məsələsinin birdən-birə gündəmdən necə yoxa çıxmasını demirəm. Bunu diplomatlar deyil sərhədçilərimiz eləmişdilər. Elə şeylər var, bu gün yazılası deyil. Bəlkə də illər sonra yazılacaq, bəlkə də heç zaman.

Yeri gəlmişkən, bu gün bir nəfərin (ehtiyatda olan zabitdir) sərhədçilərimizi bu olaya görə sərt tənqid etdiyini gördüm. Açığını deyim, onun yerinə olsam danışmazdım. Bir il əvvəl oğlu həmin sərhəd dəstəsində idi. Ceyrançöldə zastavaya qaldırmışdılar. Yalvarırdı ki, dəstənin özünə düşürtməyə kömək elə. Zastava çətindir. Uşaq əziyyət çəkir, xidmət edə bilmir. İndi də, maşallah, demədiyi söz qalmayıb.

Sərhədçilərimizin gürcü təxribatçılarına qarşı hansısa vaksinasiya aparacaqlarına əminəm. Mənim tanıdığım DSX rəhbərliyi prinsipaldır və bunu onlarda qoymayacaq, bunu da bilirəm. Yəqin ki, yaxın günlərdə gürcülərin qazı alınacaq, bir daha Keşikçidağ eşqinə düşməyəcəklər.

Gürcüyə dərs verməyə gəlincə, sosial şəbəkədə igidə dönmək lazım deyil. Gürcünün dizini yerə gətirməyin yolları çoxdur. Birinci, Bakıda, kompüter arxasında, telefonda yazanadək gürcü kimi yığılıb Keşikçidağa yürüş etməmizə kim mane olur?

İkinci, Gürcüstanın turizm bölgələrini, məhsullarını, fahişələrini boykot edin. Ticarət etməyin. Pulunuzu bir manat baha da olsa, öz dövlətinizə xərcləyin. Unutmayın, bu gedişlə sizin gürcüyə xərclədiyiniz pullar gülləyə, mərmiyə dönüb sabah Azərbaycan əsgərinə tuşlana bilər!

Rəşad Süeymanov, hərbi jurnalist

“Yaxın günlərdə gürcülərin qazı alınacaq” – Hərbi jurnalist

İnterpress.az