Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qara dəliyə yaxın parlaq disk aşkar edildi

Qara dəliklərlə bağlı müəmmalar ətrafında müzakirələrin davam etdiyi bir vaxtda ABŞ-ın Kosmik Tədqiqatlar və Aeronavtika Agentliyinin (NASA) "Hubble" teleskopu nəhəng qara dəliyə yaxın - Yer kürəsindən 130 milyon işıq ili uzaqda yerləşən spiralvari NGC 3147 qalaktikasının mərkəzində parlaq disk aşkar edib.

Dərc edilib: 17 iyul 2019 [10:16]
Baxış sayı: 9454

İnterpress.az xəbər verir ki, alimləri heyrətləndirən həmin diskin qara dəliyin mərkəzində yerləşməsinin astronomiya nəzəriyyəsinə zidd olmasıdır. Belə ki, bu yeni kəşf onları Albert Eynşteynin nisbilik nəzəriyyəsini də yenidən gözdən keçirməyə vadar edə bilər. Nəzəriyyəyə əsasən, nisbilik kosmik fəzanın əyilməsini, zamanla fəza arasında xüsusi əlaqə olmasını irəli sürür. Avropa Kosmik Agentliyinin astronomu Marko Çieberq bildirib ki, kosmik tədqiqatlar tarixində qaranlıq materiyanın mərkəzində bu cür parlaq işıqlar ilk dəfədir qeydə alınır.

Romadakı Kosmik Tədqiqatlar İnstitutunun alimi Stefano Biançi də qeyd edib ki, parlaq diskin qara dəliyə bu qədər yaxın olması sürət və qravitasiya qüvvələrinin işıq fotonlarına təsirinin nəticəsidir. "Biz hələ ki, nisbilik nəzəriyyəsi fonunda bu məlumatı anlaya bilmirik", -deyə astronom əlavə edib.

Astronomlar bildirirlər ki, bu sindrom NGC 3147 kimi qalaktikaların yaxınlığında yerləşən qara dəliklərin kifayət qədər qravitasiya qüvvəsinə malik olmadıqları səbəbindən yarana bilər. Onların qənaətinə görə, diskin parlaqlığı adi işıqdan 100 min dəfə çoxdur və bu, qalaktikadakı qazların hərəkət dinamikası ilə əlaqədar ola bilər. Nəhəng qara dəliyin ağırlığının isə Günəşdən 250 milyon dəfə çox olduğu ehtimal edilir. "Hubble" teleskopunun məlumatlarının köməyi ilə spektroqraflar diskin sürətini, temperaturunu və digər xassələrini müəyyən etməyə çalışırlar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162