Baş Nazirin müavini BMT Baş Assambleyasında Qarabağ münaqişəsindən danışıbbackend

Baş Nazirin müavini BMT Baş Assambleyasında Qarabağ münaqişəsindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetindən İnterpress.az-a verilən məlumata görə, Baş nazirin müavini çıxışı zamanı 1994-cü ildə təşkil edilən Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini qeyd edib.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə 2 milyondan çox iş yerinin açıldığını, əmək haqları və pensiyaların müvafiq olaraq bir neçə dəfələrlə artırıldığını, əhalinin 1.6 milyon artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və 100-lərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin inşa edildiyini diqqətə çatdırıb.

Eyni zamanda ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətlərin həyata keçirildiyini vurğulayıb.

Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Eyni zamanda Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü, DİM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu xüsusi vurğulayıb.

İnterpress.az