Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslər dəstəklənir – FOTObackend

Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslər dəstəklənir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, layihə barədə məlumat verən ictimai birliyin sədri Arzu Hüseyn bildirib ki, “Şərq xalqlarının incəsənət tarixinin ən maraqlı səhifələrindən birini də Azərbaycan xalq təbiqi- dekorativ və təsviri sənəti təşkil edir. Bu sahə qədim dövlərdən indiyə qədər çox maraqlı, zəngin inkişaf yolu keçərək təkmilləşmişdir. Xalq təbiqi- dekorativ və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi olaraq yaşayır və müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnək olur. Bunlardan xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərini xüsusilə vurğulamaq olar.”

Arzu Hüseyn bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu layihənin məqsədi ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyilli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsi olacaqdır. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçiriləcək seminarlar və sərgilər bu sahələrin inkişafı baxımından mühüm rol oynayacaqdır. Əsasən də xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərinin gənclərə daha çox sevdirilməsi əsas məqsəd olacaqdır. Keçiriləcək tədbirlərdə üzə çıxarılacaq çoxlu sayda sənətçi və xalq tətbiqi sənət ustalarının arasından sonralar professional sənətə gələrək öz əsərləri ilə ölkədə və xaricdə tanınan sənətkarlar da olacaq ki, bu da tədbirin əsas məqsədlərindəndir.

Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslər dəstəklənir - FOTO

İnterpress.az