Nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən şəxsə hökm oxunubbackend

Nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən şəxsə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmü ilə E.Məlikov 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, \”Accessbank\” ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla, ümumilikdə, 180 min manat alaraq dələduzluq edib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

İnterpress.az