Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rumıniyada “Astana”nı Azərbaycan çempionu hesab edirlər

Rumıniya mətbuatı Qazaxıstanın “Astana” futbol klubunu Azərbaycan komandası kimi təqdim edib.

Dərc edilib: 17 iyul 2019 [21:21]
Baxış sayı: 16741

İnterpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin birinci raundunun “ÇFR Kluj” (Rumıniya) - “Astana” arasında keçiriləcək cavab oyununun yayımı haqqında məlumat verən yerli idman verilişində qonaq komanda Azərbaycan təmsilçisi kimi göstərilib:

“İki və daha çox top fərqi ilə istənilən qələbə Rumıniya komandasını növbəti mərhələyə çıxaracaq. Bu cütlüyün qalibi “Makkabi” (Təl-Əviv) ilə görüşəcək. Azərbaycanlılar (!) bir qol vursa, bir top fərqi ilə üstünlük belə, “Kluj”un növbəti mərhələyə çıxmasına imkan verməyəcək”.

Qeyd edək ki, “ÇFR Kluj” - “Astana” oyunu bu gün saat 22:00-da keçiriləcək. İlk qarşılaşma “Astana”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193