Amerikada mötəbər yarışa çıxan soydaşımıza dəstək olaqbackend

Amerikada mötəbər yarışa çıxan soydaşımıza dəstək olaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Elgün Xanoğlanlı qaydasız döyüş növü üzrə Azərbaycan, Avropa və dünya çempionu adına layiq görülüb. Dünyanın bir sıra ölkələrində – İtaliya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kiprdə Azərbaycanı layiqincə təmsil edib.

Hazırda Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı \”Bruklin MMA\” idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. Avqustun 16-da o, Nyu Cersi ştatının Atlantik Siti şəhərindəki Hard Rock Casino’da yarışa çıxacaq və UFC`ə (Ultimate Fight Championship) lisenziya uğrunda mübarizə aparacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, bu həlledici döyüşdə bütün soydaşlarımızı Elgün Xanoğlanlıya dəstək olmağa çağırırıq!

İnterpress.az