Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib

Zaqatala və Balakəndə iki icma yerli hökumət qurumları ilə birgə çalışaraq fermerlərin ehtiyaclarını qarşılayacaq yeni yem emalı və toxum təmizləmə məntəqəsi və inkubator məntəqəsi inşa ediblər.

Dərc edilib: 18 iyul 2019 [11:03]
Baxış sayı: 8593

ABŞ-ın Azərbaycandakı Səfirliyindən İnterpress.az-a verilən məlumata görə, həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Zaqatalanın Aliabad kəndində yeni yem emalı və toxum təmizləmə məntəqəsi yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem, habelə müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Kənd sakinləri yonca, taxıl və arpanı yemə çevirmək və toxumları almaq üçün rayon mərkəzinə uzun məsafə gət etməli olmayacaqlar. Həmin məntəqə əsas məşğuliyyəti kənd təsərrüfatı olan 11 000-dək kənd sakininə xidmət edəcək.

Balakənin Gərəkli kəndində inkubator məntəqəsi əsas gəlir gətirən fəaliyyəti quşçuluq olan üç icmada quşçuluq təsərrüfatının artırılmasına kömək edəcək. Min ailə digər inkubatorlardan cücə almaq üçün uzun məsafə qət etmədən öz cücə və toyuqlarını bəsləyə biləcəklər. Həmin inkubator sayəsində onlar vaxtlarına və pullarına qənaət edərək gəlirlərini artıra biləcəklər.

Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 119 kənddə 255 000-ə yaxın insanın faydalana biləcəyi 149 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162