Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadırbackend

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya – 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.

İnterpress.az